BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun işçiləri onu intihara vadar etdilər-VIDEO

Səlim Müslümovun işçiləri onu intihara vadar etdilər-VIDEO

28-03-2016, 16:53
Oxunub: 3 322 Səlim Müslümovun işçiləri onu intihara vadar etdilər-VIDEOVəziyyət elə gətirib ki,heç uşaqlar məktəbə də gedə bilmirlər

Martın 16-da Astara rayonunun Qacimardə kənd sakini Natiq Xurşudov özünü yandırmışdı.Yanan vətəndaşın vəziyyətinin nə yerdə olduğunu öyrənmək üçün üz tutduq zərəçəkən Natiq Xurşudovun evinə…Daha doğrusu komasına…Natiq Üzünün alt hissəsi, boynu, sinəsi, hər iki qolunun altı yanıb.O, Çətinliklə danışa bilirdi.
Zərəçəkən deyir ki, ilaxır çərşənbə süfrəsi üçün heç bir şeyləri olmayıb ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsinə üz tutub.İdarədə onu təhqir ediblər. Natiq də təhqirə dözə bilmədiyi üçün özünü yandırıb.
Zərəçəkənin 4 övladı var,işləyə bilmədiyi üçün də çox çətin durumdadırlar.Vəziyyət elə gətirib ki,heç uşaqlar məktəbə də gedə bilmirlər.
Natiq Xurşudov özünə od vurandan sonra mərkəzi xəstəxanaya yerləşdirilib. Müalicə başa çatmamış gecə ikən evə buraxılıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, o, özünə xəsarəti sosial müavinət ala bilməməsinə görə yetirməyib.N.Xurşudovun ailəsi ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Ancaq N.Xurşudov qardaşı Fəxrəddin Xurşudovun ailəsinə də sosial yardım təyin olunması üçün idarəyə müraciət edib.
Elman Babayev əlavə edib ki, N.Xurşudov qanunvericiliyin tələblərinə uyğun müraciət edərsə, yenidən onun müraciətinə baxıla bilər.
Bolgexeber.com