BolgeXeber.Com » Gündəm » 3 məmur qardaşın topdağıtmaz villaları-VİDEO

3 məmur qardaşın topdağıtmaz villaları-VİDEO

26-03-2016, 17:11
Oxunub: 6 692 3 məmur qardaşın topdağıtmaz villaları-VİDEOMiriyevlər qardaşlarının Türkiyədə 3 yan-yana villası var

Azərsu ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu yağlı tenderlərin qənimi “Hidro İnşaat Servis” MMC rəhbəri Yavər Miriyev barəsində bir sıra faktlar açıqlanıb. Belə ki,BTV-ə daxil olan məlumata görə ,Dövlətin su və kanalizasiya layihələrinə ayırdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsində mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Miriyevlər əllərindəki vəsaitləri xaricə çıxarmağa başlayıb. Bu vəsaitlərin çoxusu Türkiyyəyə gedir.Məhz buna görə də Miriyevlər qardaşlarının Türkiyədə 3 yan-yana villası var.Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkib. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb.
BTV-yə verilən digər məlumatda isə bildirilir ki, Miriyevlər qardaşlarının təkcə Türkiyədə yox eyni zamanda Bakı şəhər “Vişnyovka”da da böyük bir sahəni əhatə edən üç villası var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür. Bundan başqa Yavərə Miriyevə məxsus Albalıq bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. Deyilənə görə Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.
Məsələ ilə bağlı aidiyyatı şəxslərlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.Mövzü ilə bağlı araşdırmalarımız davam edəcək!
Bolgexeber.com