Zərdabda utancverici hərəkət: İCRA BAŞÇISI MEYVƏ SATANI KÜÇƏDƏ QOVDU
30-03-2016, 10:55
Oxunub: 5 891
Lütfəli Babayev biçarə kişini cəmiyyətə «düşmən» kimi təqdim etməyə çalışıb
Dünən Zərdab rayonunda həqiqətən də utancverici olay yaşanıb. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, rayon mərkəzini maşınla gəzən icra başçısı Lütfəli Babayev küçədə meyvə satan yaşlı kişini görərək, orada düşüb. Qısa müddətdə əraziyə icra başçısının iki müavini, polis və bələdiyyənin işçiləri də çağırılıb. Verilən məlumatda deyilir ki, Babayev bar-bar bağırırmış ki, guya, kişi böyük bir günah iş görüb, hətta «cinayət» törədib.
Deyilənlərə görə, təbiətcə sakit adam olan meyvəsatan məhsullarını yığışdırıb, getmək istəyərkən, icra başçısı yenidən coşub. Bu zaman ətrafdakı insanlar elə zənn ediblər ki, orada avtoqəza olub və ya ölüm hadisəsi baş verib. Hamı əraziyə yığışıb və nəyin baş verdiyini bildikdən sonra dağılışıblar.
Məlumatlara görə, Zərdabda hamı Lütfəli Babayevin bu hərəkətini gülüş obyektinə çeviriblər. Yaxın günlərdə baş verən olaya lətifə qoşulacağı da istisna edilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər