BolgeXeber.Com » Gündəm » “Optimal» Mağazalar Şəbəkəsindən müdhiş fırıldaq-VİDEO

“Optimal» Mağazalar Şəbəkəsindən müdhiş fırıldaq-VİDEO

14-04-2016, 13:37
Oxunub: 3 815 “Optimal» Mağazalar Şəbəkəsindən müdhiş fırıldaq-VİDEOAzərbaycanda son bir neçə ildə şəxsiyyət vəsiqəsi və ya digər vasitələrlə müxtəlif məişət və ev əşyaları satan firmalar peyda olub

Btv-nin məlumatına görə «Maqnit», «Kontakt» və «Optimal Elektroniks» MMC kimi şirkətlərin həyata keçirdiyi bu kredit əməliyyatlarında vətəndaşların talan edilməsi isbata gərək olmayan hallardandır.
Belə ki,Coşqun Əhmədov və Ramin Məhərrəmov adlı şəxslər.2012-ci ildə «Optimal Elektroniks» MMC-nin mağazalar şəbəkəsindən «Toşiba» adlı mal kreditlə alıblar. Ayda 206 manat 24 ay ərzində 4896 manat vəsaiti ödəyiblər. Lakin «Optimal Elektroniks» MMC 2016-cı ildə hər iki şəxsi məhkəməyə verərək, onların kreditləri ödəmədiklərini iddia edib. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimova isə məsələnin əslini araşdırmayaraq, Coşqun Əhmədov və Ramin Məhərrəmovu günahkar çıxarıb. Maraqlı məqam odur ki, adları çəkilən şəxslərə heç bir məhkəmə bildirişi gəlməyib. Elə onlarsız da məhkəmə prosesi keçirilib. Zərərçəkənlər vurğulayır ki, məhkəməyə verilmələri, habelə cərimə olunmaları ailə üzvlərinə pis təsir edib. Hətta Çoşqun Əhmədovun yaşlı anasının şəkəri də qalxaraq, təhlükəli həddə çatıb.Məsələ ilə bağlı «Optimal Elektroniks» MMC-nin rəsmiləriylə də əlaqə saxlanılıb.Şirkətin rəsmi nümayəndəsi kimi özünü təqdim edən Emin adlı şəxs bildirib ki, həqiqətən də belə hal olub. Lakin sonradan dəqiqləşdirilib ki, bu şəxslər borclarını bağlamış müştəridirlər. Və ardından məhkəmə iddiasından imtina edərək, kəsilmiş cərimədən də vaz keçiblər.
Bolgexeber.com