Bu gün Abutalıbovun oğlunun məhkəməsidir
11-06-2012, 11:25
Oxunub: 5 192
Maqsud Mahmudov merin oğlundan təzminat tələb edir
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova qarşı məhkəmə iddiasına baxılacaq. Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçiriləcək hazırlıq prosesində İ.Abutalıbovdan 35 min manat təzminat tələb olunur. Bu barədə iddiaçı tərəf-iş adamı Maqsud Mahmudov məlumat verib.
M.Mahmudov İ.Abutalıbovun adamı kimi tanınan Bəxtiyar Məmmədovdan icarəyə götürdüyü ofisin təmiri üçün xərc çəkdiyini və həmin xərcin təzminatını tələb etdiyini bildirdi.
Qeyd edək ki, M.Mahmudovla yəhudi əsilli biznesmen 2009-cu ildə Yasamal rayonu, Nazim Hikmət küçəsindəki ofisi merin oğlu İsrafil Abutalıbovun adamı kimi tanınan Bəxtiyar Məmmədovdan icarəyə götürüblər. İki il fəaliyyət göstərdikdən sonra bu ilin aprelində ofisə iki saqqallı şəxs gələrək M.Mahmudovun yəhudi əsilli şəriki Qurban Mahmudovu İsrafil Abutalıbovun adından hədələməklə lombard fəaliyyətinin dinə zidd olduğunu deyib ofisi boşaltmasını tələb ediblər.
Xatırladaq ki, M.Mahmudov 2009-cu ildə Ukraynadan Azərbaycana gələrək Bakıda biznes qurub. Bu məqsədlə “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədovdan icarəyə yer götürüb. Tərəflər arasında 2019-cu ilə qədər müqavilə imzalanıb. Bundan başqa, M.Mahmudovla B.Məmmədov arasında notarial qaydada 2014-cü ilə qədər müqavilə imzalanıb: “Müqavilənin şərtinə əməl eləsinlər, gətirib təmirə çəkdiyim xərci versinlər, məsələ bitsin. Mən məhkəməyə müraciət eləmişəm, orada saqqallı İsrafil Abutalıbovun mənim üstümə gəlməsi, onun adamlarının şərikim Qurbanı hədələməsi səhnəsi olan videonu da ortaya qoyacağam. Bəxtiyar Məmmədovun İsrafilin adından danışmasını, onun məndən icarə haqqını almasını təsdiqləyən videolar da var”.
M.Mahmudov iddia edir ki, merin oğlu vəhhabidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər