Deputatın qardaşı oğlunun güllələdiyi şəxslər Robertin dostlarıymış?
21-07-2012, 12:05
Oxunub: 8 694
Daxili Işlər Naziriliyi “1001″ Istirahət Mərkəzində qətl törədən deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmova məxsus daha bir dolu silah aşkar edib. DIN-in yaydığı məlumata görə, Bakı şəhər Baş Polis Idarəsinin Cinayət-Axtarış Idarəsi və Səbail Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulmuş Rəşad Mirələmovdan ”PM” markalı tapança və içərisində 4 ədəd patron olan 1 ədəd patron darağı götürüüb.
Bu arada baş vermiş olayla bağlı “Azadlıq”a maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Hüseynbala Mirələmovun qardaşı oğlunun qətlə yetirdiyi Ramal Bayramov və yaraladığı Səməd Mənsimov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubova yaxın şəxslərdir. Onlar eyni zamanda kriminal aləmdə nüfuz sahibidirlər. Rəşad Mirələmov özü də cinayət aləmində tanınan şəxsdir. Bunu onun əmisi də etiraf etmişdi. Bəzi məlumatlara görə, Rəşad Mirələmov krminal avtoritet “Rövşən Lənkəranski”nin komandasının üzvüdür. Məlumatlarda həmçinin bildirilir ki, Robert Əyyubov bu hadisədən bərk qəzəblənib. O, Ramal Bayramovun yas mərasimində deyib ki, olayı törədən şəxs mütləq cəzasına çatacaq. Lakin məsələ burasındadır ki, əgər Rəşad Mirələmov doğrudan da “Rövşən Lənkəranski”yə yaxın şəxsdirsə, bu halda onunla haqq-hesab çəkmək o qədər də asan olmayacaq (Azadliq.info).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər