Əsir düşən əsgərimizlə bağlı ilginç iddia
1-08-2012, 14:40
Oxunub: 5 561
Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə əsir düşmüş əsgəri Firuz Fərəcovla bağlı mətbuat konfransı keçirilib.
Bolgexeber.com-un məlumatına görə, tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov erməni mətbuatında Firuz Fərəcovla bağlı yanlış məlumatların yayıldığını bildirib: “Ermənilər məlumat yayırlar ki, Firuz Fərəcov ağ bayraq qaldıraraq Ermənistan tərəfinə keçib. Özlərini dünyanın ən humanist ölkəsi kimi qələmə verirlər. Guya onu həmin vaxt öldürə bilərdilər, lakin öldürməyiblər. Əslində Firuz Fərəcov erməni xüsusi təyinatlı dəstələri tərəfindən əsir götürülüb. Bu bir faktdır. Hazırda hərbi prokurorluq faktla bağlı araşdırmalara başlayıb”.
Ü. Cəfərov Firuz Fərəcovla bağlı bir sıra qurumlara müraciət etdiklərini bildirib: “Biz onun məsələsini diqqətə saxlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Azərbaycan respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və Azərbaycan Kütləvi informasiya vasitələrinə müraciət etmişik. Biz həmin qurumları işdə maksimum fəallıq göstərməyə çağırıq”.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu iyulun 26-da qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər