BolgeXeber.Com » Gündəm » Atatürkün mənəvi qızı avtomobil qəzasında öldü – VİDEO

Atatürkün mənəvi qızı avtomobil qəzasında öldü – VİDEO

3-08-2012, 12:20
Oxunub: 3 811 Hadisə İstanbul – Ankara magistral yolunun Sakarya vilaytindən keçən hissəsində baş verib

Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürkün mənəvi qızı Ülkü Adatepe ötən axşam avtomobil qəzasına düşüb. “Doğan” agentliyinin (DHA) verdiyi xəbərə görə, 80 yaşlı Adatepe qəza nəticəsində avtomobilin şüşəsindən bayıra çıxıb və yerə çırpılaraq vəfat edib. Məlumata görə, hadisə İstanbul – Ankara magistral yolunun Sakarya vilaytindən keçən hissəsində baş verib. Qeyd edək ki, avtomobildə olan digər şəxslər Ülkü Adatepenin həyat yoldaşı Öke Adatepe və avtomobilin sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Xatırladaq ki, Ülkü Adatepe Atatürkün anası Zibeydə xanımın övladlığı Vəsfiyyə xanımın qızıdır. Vəsfiyyə xanımı kiçik yaşından etibarən Zibeydə xanımın yanında olub və onların bərabərliyi Atatürkün anasının vəfatına qədər davam edib. daha sonra Atatürkün bacısı Məqbulə xanımla birlikdə yaşmağa başlayan Vəsfiyyə xanım ailə həyatı qurana qədər burda yaşayıb.
Vəsfiyyənin övladı olacağını eşidəndə isə Atatürk dünyaya gələcək uşağın istər qız, istər oğlan, adının Ülkü olmasını xahiş edib. Ülkü Adatepe 9 aylığından 6 yaşına – Atatürkün vəfatına qədər prezidentin rəsmi iqamətgahı olan “Çankaya Köşkü”ndə Mustafa Kamalla birlikdə yaşayıb.