Bakıda 3 nəfər taksi sürücüsünü döyərək pulunu aldı
18-08-2012, 17:40
Oxunub: 5 226
Bakıda quldurluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın “Azneft” dairəsi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Şirin Abbasovun taksi kimi idarə etdiyi “VAZ-2106” markalı maşına sərnişin qismində oturan üç naməlum şəxs sürücüdən Ələt qəsəbəsinə sürməyi xahiş ediblər. Qəsəbə ərazisinə çatdıqda isə onu döyərək və bıçaqla hədə-qorxu gələrək 320 manat pulunu da alıb hadisə yerindən uzaqlaşıblar.
Daxili İşlər Nazirliyinin baş Cinayət Axtarış İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlər – Sabirabad sakinlər Rafət Əmənov, Əlibaba Muradov və Salyan sakini Kamil Əliyev tutulublar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər