BolgeXeber.Com » Gündəm » Keşlə qəsəbəsində şiddətli yanğın baş verib

Keşlə qəsəbəsində şiddətli yanğın baş verib

24-08-2012, 15:50
Oxunub: 4 112 Yanğının söndürülməsinə 10-a yaxın maşın cəlb edilib

Keşlə qəsəbəsində Mexaniki Təmir Zavodunda yanğın baş verən yanğının təfərrüatları məlum olub. ANS TV-nin hadisə yerində olan müxbiri Elgiz Nəbilinin verdiyi məlumata görə, Nizami rayonu, Keşlə qəsəbəsi Abdulla Mirzeyev küçəsində yerləşən Mexaniki Təmir Zavodunda yanğını söndürmək üçün hadisə yerində 5-dən çox yanğınsöndürən maşın cəlb olunub. Artıq alovun qarşısı alınıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və digər aidiyyatlı şəxslər araşdırma aparılır. Əraziyə jurnalsitlər buraxılmayıb. Bakı Şəhər Təcili Tibbi Yardım Stansizyasınan ANS PRESS-ə verilən məlumata görə, yanğında xəsarət alanlarla bağlı onlara müraciət edən olmayıb.