BolgeXeber.Com » Gündəm » Hərbçilər yol qəzasına düşüb, iki gizir ölüb

Hərbçilər yol qəzasına düşüb, iki gizir ölüb

30-08-2012, 12:30
Oxunub: 4 750 Azərbaycanın Füzuli rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Horadiz şəhərində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində iki hərbçi ölüb. Ölən hərbçilər “N” saylı hərbi hissənin gizirləri – 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur. Onların hər ikisi qəza zamanı “VAZ-2106”-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.