BolgeXeber.Com » Gündəm » Baş redaktorun uşaqlarının ölümü ilə bağlı cinəyət işinə xitam verildi

Baş redaktorun uşaqlarının ölümü ilə bağlı cinəyət işinə xitam verildi

17-09-2012, 16:20
Oxunub: 4 603 Vasif Turan: «Baş Prokurorluğun belə bir qərar verməsini qəbul etmirəm və qərəzli sayıram»

Ötən ilin oktyabrın 7-də «Bölgəxəbər» Xəbər Portalının rəhbəri Vasif Turanın evinin yanması nəticəsində iki uşağının dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluqda aparılan istintaq işinə xitam verlib. Bu barədə TİA.AZ-a açıqlama verən Vasif Turan bildirib ki, Baş Prokurorluğun yanında Ağır Cinayət İşləri üzrə İdarənin böyük müstəntiqi Mehdi Mirzəyev xitam haqqında qərarını avqustun 31-də açıqlayıb.
Xitam haqqında qərarda deyilir ki, Vasif Turana məxsus Qobu qəsəbəsində yerləşən evinin yanması və hadis nəticəsində iki uşağının dünyasını dəyişməsində heç bir cinayət tərkibi yoxdur. Mehdi Mirzəyev özünün imzaladığı sənəddə vurğulayıb ki, hadisə ilə bağlı şahid qismində insanları dindirib və onların heç biri yanğının qəsdən törədilmədiyi barədə fikir bildiriblər. Yekunda isə böyük müstəntiq belə bir qənaətə gəlib ki, bu işdə heç bir cinayət tərkibi yoxdur və bu səbəbdən də işə xitam verib.
Məsələ ilə bağlı TİA.AZ-a açıqlama verən Vasif Turan deyib ki, Baş Prokurorluq yanında Ağır Cinayət İşləri üzrə İdarəsinin verldiyi nəticəni qəbul etmir və bunun qərəzli olduğunu düşünür. Onun sözlərinə görə, xitam haqqında qərarda kifayət qədər ziddiyətlər var. «Bu adamlar havadan, sudan nəticəyə gəlib qərar veriblər. Evimdə baş vermiş yanğının qəsdən törədildiyinə əminəm və bəyan edirəm ki, bu işin bağlanılması məqsədlidir. Görünür, Baş Prokurorluq və FHN-in İstintaq İdarəsi hansısa məqamlarda maraqlarının tapdandığını görüblər və ona görə də belə bir addım atıblar».
Baş redaktor qeyd edib ki, bununla bağlı sakit oturmaq fikrində deyil. O bildirib ki, uşaqlarının ölümü ilə nəticələnmiş hadisənin sonuna kimi gedəcək və cinayətkarların tapılmasına çalışacaq. «Mənim evimi yandırıblar və uşaqlarıma da qəsd ediblər. Mən cinayətkarın tapılması üçün bütün vasitələrdən istifadə edəcəm».
Vasif Turan sonda onu da qeyd edib ki, bəzi dövlət qurumları bu cinayət işini ört-basdır etmək üçün fəaliyyətə də başlayıblar. Bununla bağlı əllərində artıq dəlillərin olduğunu bildirən baş redaktor yaxın günlərdə keçirəcəyi mətbuat konfransında geniş məlumat verəcəyini vurğulayıb.