Hacıqabulun komissarının adı «qara siyahı»da
20-09-2012, 09:45
Oxunub: 6 075
Seymur Qurbanovun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən nəzarətə götürüldüyünə dair məlumatlar var
Bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hərbi komissarlıq sistemində çalışan bir neçə şəxsi həbs etmişdi. Həmin şəxslərin rüşvət aldıqları, gəncləri hərbi xidmətdən yayındırmaq üçün bir sıra əməllərə baş vurduqları bildirilirdi.
Bolgexeber.com xəbər verir ki, proses bununla yekunlaşmaya bilər. Çünki diigər hərbi komissarlıqlarla da bağlı xeyli sayda şikayətlər mövcuddur. Məlumatlarda deyilir ki, artıq Hacıqabul rayon Hərbi Komissarlığında yaxın vaxtlarda yoxlamalara başlanacağı gözlənilir. Etibarlı mənbənin verdiyi məlumata görə, komissar Seymur Qurbanov da vəziyyətin pis olduğunu görüb çıxılmaz duruma düşüb. Çünki həm Dövlət Səfərbərlik Xidməti, həm də Korrupsiaya Qarşı Mübarizə İdarəsində onunla bağlı xeyli sayda şikayətlərin olduğu deyilir. Mənbə deyir ki, elə bu səbəbdən də məlum idarə onun fəliyyətini nəzarətə götürüb. Belə bir iddia da var ki, proseslərin gedişatı Qurbanovun həbsinə gətirib çıxara bilər.
Məlumatda deyilir ki, Seymur Qurbanov təkcə gəncləri hərbidən sağlamaqla deyil, həm də başqa məsələlərdə də ad çıxarıb. Atası Pənah Qurbanov Şirvan Vergilər Departamentinin məsul işçisi olduğundan cavanlıq edən Seymur Qurbanov hətta bir dəfə biabırçı duruma da düşüb. Həmin biabırçı vəziyyətlə bağlı isə yaxın günlərdə geniş araşdırmamızla tanış ola biləcəksiz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər