Sabirabaddan 20 ailə Bakıya yürüş edəcək
20-09-2012, 09:45
Oxunub: 5 732
Rayon FHN-in rəsmisi çamaatı aldadraq onların pulunu alıb ev verəcəyini vəd edir, sonra da aradan çıxır
Ötən günlərdə Bolgexeber.com-un redaksiyasına Sabirabad rayonu Çöl Ağammədli kəndində yaşayan vətəndaşlardan çoxsaylı şikayət ərizələri daxil olub. Həmin şikayətlərdə göstərilən məsələləri araşdırmaq üçün əməkdaşımız qeyd olunan kənddə olub.
Əməkdaşımız kənddə olarkən, vətəndaşlarla görüş keçirmiş və onların mövcud problemləri ilə maraqlanmışdır. Kənd sakinləri rayonda baş verən məmur özbaşınalığından, işsizlikdən, evlərinin yararsız halda olmasından, su-qaz problemlərindən, ən əsası rayon rəhbərliyinin onlara qarşı laqeydliyindən söhbət açmışlar. Kənd sakinləri bildirmişlər ki, dəfələrlə Prezident İlham Əliyevə, Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə problemlərimiz barədə ərizələr ünvanlayıblar. “Lakin bizim ərizələrimiz yuxarı dairələrə rayon rəhbərliyinin xüsusi tapşırığı nəticəsində çatmayıb”.
Kənd sakinləri evlərinin yararsız vəziyyətdə olmasından və yaşamaq üçün təhlükəli olduğundan qorxu içində yaşadıqlarını bildirdilər. Bu məsələ ilə bağlı İcra Hakimiyyəti Başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənova çoxsaylı müraciətlər ünvanlamışlar. “Nə faydası var? Yenə köhnə hamam, köhnə tas məsələsidir. Bəhanələr uyduraraq, bu gün sabah deyirlər”.
Həsən Həsənovun kənd sakinlərinə biganə yanaşması onlar tərəfindən etiraza səbəb olmuşdur. Kənd sakinləri problemlərinin aradan qaldırılması və baş verən qanunsuzluqlara son qoyulması məqsədi ilə qərara gəliblər ki, Prezident Aparıtına yürüş etsinlər. Və ölkə başçısını həmçinin aidiyyatı qrumları rayonda baş verən qanunsuzluqlardan, məmur özbaşınalığından xəbərdar etsinlər.
Xüsusilə qeyd edək əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olub ki, icra nümayəndəsi Mustafa Məşədiyev kənd sakinlərinin bir neçəsindən pul alaraq, vəd verib ki, “sizin evlərinizi tikdirəcəm”. Pul verən kənd sakinləri evlərinin tikintisi gecikdiyindən və icra nümayəndəsinin fırıldaqçı olduğunu görərək Respublika Prokurorluğuna ərizələr ünvanlayıblar. Amma bunun da faydası olmayıb.
Hörmətli oxucularımız Sabirabad rayonundan hazırladığımız reportajı yaxın vaxtlarda sizlərə təqdim edəcəyik. Bizi izləyin araşdırmalarımız davam edir!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər