Ramil Səfərov bu gün evlənir
9-10-2012, 09:00
Oxunub: 5 963
Toy “Meredian” şadlıq sarayında baş tutacaq
Macarıstandan Azərbaycana ekstradisiya olunan, sonra isə əfv edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov bu gün evlənir. Bolgexeber.com-a daxil olan məlumata görə, toy “Meredian” şadlıq sarayında baş tutacaq. Toyda bəyin və gəlinin yaxın adamları, eləcə də bir sıra yüksək çinli məmurların, millət vəkillərinin iştirakı gözlənilir. Məlumata görə, şadlıq sarayında ciddi təhlükəsizlik tədbirləri görülüb. İndidən saray nəzarət altındadır.
Qeyd edək ki, toyun vaxtının gizli qalmasına ciddi-cəhdlə çalışıblar. Bu isə aydın məsələdir ki, R. Səfərovun ekstradisiyasından sonra erməni terror təşkilatlarının, eləcə də Ermənistanın siyasi rəhbərliyinin təhdidləri ilə əlaqədardır.
Elə buna görədir ki, zabitimizin evlənməsi tarixi ilə bağlı bir neçə dəfə yanlış məlumat yayılmışdı. Xəbər portallarında Ramilin toyunun olması ilə bağlı az qala detallı yazılar yazılmışdı. Ancaq zabitin atası Sahib Səfərov bu xəbərləri təkzib etmişdi və bu məsələni gündəmdə saxlamamağı xahiş etmişdi. AzNews.az-ın bu xəbəri isə tam realdır: Zabitimiz bu gün nişanlısı Şəbnəm Gülməmmədova ilə ailə həyatına qədəm qoyur.
Allah xoşbəxt eləsin!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər