BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun İmişli DSMF-dən xəbəri yoxdu

Səlim Müslümovun İmişli DSMF-dən xəbəri yoxdu

9-10-2012, 23:35
Oxunub: 5 271 İntiqam Əliyevi Prezidentin mühafizə xidmətindəki hamisi kimdi?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli şöbəsində nə baş verir?
Bir müddət əvvəl İmişlidəki mənbələrdən bu rayonun DSMF-nun sədri İntiqam Əliyev və onun özbaşınalıqları haqqında geniş məlumatlar vermişdik və İmişli rayonundakı mənbəmizdən əldə etdiyimiz məlumatda qeyd olunurdu ki, DSMF-nun İmişli şöbəsində istefalara start verilib.
Mənbənin sözlərinə görə, artıq İmişli rayon DSMF-nun şöbə müdiri, eyni zamanda idarənin bu sahədə ən peşəkar mütəxəsislərindən olan Zaur Şirinov ərizəsini yazaraq DSMF-nun İmişli şöbəsindən istefasının fond sədri İntiqam Əliyevin üstünə atıb. Eyni zamanda DSMF-nun müfəttişlərindən Ərəstun Məmmədovda eyni ilə şöbə müdiri kimi addım atıb o da istefa verib. Mənbənin sözlərinə görə. Istefalara səbəb İmişli DSMF-nun sədri İntiqam Əliyevin işçilərə hər ay üçün 1500-2000 manat tas qoyması olub. Yəni fondda işləyən hər kəs ən az hər ay 1500 manat toplayıb fond sədrinə verməlidir. İmişli DSMF-dakı mənəblərdən isə ələdə etdiyimiz məlumata görə, fondda çalışan digər işçilərdə kollektiv şəkildə istefayas hazırlaşırlar. Bunu bilən fondun sədri isə vəziyyətin mətbuata çıxmaması üçün istefa vermiş şöbə müdirini geri qaytarmağa səy göstərib. Amma səylərinin cavabsız qaldığını gördükdə isə məlumata görə, Z.Şirinova hədə-qorxu gəlməyə başlayıb. Yəni əgər burdaklı vəziyyət haqqında mətbuata bir söz belə sızacağı halında P.Şirinovu gəbs etdirəcəyi ilə hədələyib. Mənəbnin sözlərinə görə, Respublika DSMF-da. Yəni Səlim Müslümovun qərargahında İntiqam Əliyevin əməllərin ört-bassır edən var və bu məsələdə Səlim Müslümov xəbərsiz saxlanılır. Mənbənin sözlərinə görə, Respublika DSMF-da İntiqam Əliyevi Səlim Müslümovun Əjdər adlı müavini müdafiə edir və qoruyur. Eyni zamanda İşƏliyevin başqa bir qoruyucusu isə Prezident Administrasiyasının mühafizə xidmətində çalışır ki, hazırda mənəbmiz onun kim olduğunda aydınlaşdırmaqdadır. Mənbənin sözlərinə görə, İ.Əliyev əməllərinə davam etməkdədir və o özünə yaxın bildiyi şəxsləri İmişli DSMŞ-da qapıda mühafizəçi qoyub və işçilrə hər gün yoxlanılaraq idarədən çıxırlar. Mənəbnin sözlərinə görə. İ.Əliyev həttda anadan gəlmə əlilə staj yazmağı belə gözə alır və bu işdən əldə etdikləri ilə, şad-xürrəm yaşamaqdadır. Respublika DSMF-nun sədri Səlim Müslümov isə ekranlardan rəhbərlik etdiyi fondda hər yerin güllü-güllüstan olduğunu bildirir.Ola bilsin cənab Müslümova bu şəkildə məruzə edilsin.Amma həqiqət isə ondan ibarətdir ki, təkcə İmişli DSMF-da baş verənlər vəziyyətin bir o qədərdə yaxşı olmadığını göstərir.
İmişlidən aldığımız son məlumata görə, İmişli DSMF sədri İntiqam Əliyev rayondakı restoranlarda və şadlıq evlərinin rəhbərləri ilə dil taparaq, burada çalışan işçilərin hamısnı deyil, çox az hissəsini DSMF-da qeydiyyatdan keçirir.