Əhəd Abıyevi Bakıya çağırdılar-ÖZƏL
10-10-2012, 08:30
Oxunub: 5 681
İcra başçısında böyrək qalmaqalına görə izahat tələb olunacaq
Oktyabrın 8-də Bakı bulvarında özünü dənizə ataraq intihara cəhd edən qadınla bağlı ölkə mətbuatı dünəndən etibarən məlumatlar yayır. Saytların Səbayel Rayon Polis İdarəsinə istinadən yaydığı məlumata görə, srağagün saat 15 radələrində Dənizkənarı Bulvarın Saat qülləsi yaxınlığında 52 yaşlı Eleonora Cəbrayılova özünü dənizə atıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb.
Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən verilən məlumata görə, Eleonora Cəbrayılova bir müddət əvvəl böyrəyini 50 min dollara satıb. Lakin üstündən xeyli keçməsinə baxmayaraq, ona çatacaq məbləği ala bilmir. Həmin qadından donor böyrək alan adam Səməd Abıyevdir. Hazırda qadının ifadəsinin düzgün olub-olmaması araşdırılır. İfadənin düzgün olacağı halda həmin şəxsi cinayət məsuliyyəti gözləyir.
Bolgexeber.com-a daxil olan məlumata görə, hadisədə adı keçən Səməd Abıyev hazırda Daşkəsən rayonunun icra başçısı olan Əhəd Abıyevin qardaşıdır və bu səbəbdən də hakimiyyət dairələri narahatlıq keçirməyə başlayıblar. Gülər Əhmədova probleminin ardından bir də icra başçısının adının dəhşətli qalmaqalda hallanması rəsmi qurumları tədbir görməyə vadar edib.
Məlumatlara görə, prokurorluqda ifadə verən qadın dedikləri araşdırılır. İfadələr təsdiqini taparsa, artıq Səməd Abıyevi cinayət məsuliyyəti gözləyir. Üstəlik, burada Əhəd Abıyevin də vasitəçi kimi adı keçir və onun da istintaqa cəlb olunması mümkün ola bilər.
Bolgexeber.com-a verilən məlumatda deyilir ki, yaranmış problemlə əlaqədar Əhəd Ablyev bu gün Bakıya çağırılıb. Məlumata görə, Prezident Admnistrasiyasına dəvət olunan icra başçısından məlum hadisə ilə bağlı izahat istəniləcək. Hətta o da iddia edilir ki, Əhəd Abıyevin işdən çıxarılması məsələsi də gündəmə gəlməsi mümkündür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər