BolgeXeber.Com » Gündəm » Astarada vəzifə «biznesi»

Astarada vəzifə «biznesi»

10-10-2012, 16:20
Oxunub: 4 809 Qəzənfər Ağayev müavin postunu belə satışa çıxarıb, qiymət isə 300 min manatdır

Son dövrlər rayonlarda icra başçılarının vəzifə alveri etdiyinə dair məlumatlar dolaşır. Bir neçə gün bundan əvvəl Saatlı rayonunda icra başçısının artıq bununla bağlı qiymət «cədvəli» müəyyənləşdirdiyi barədə məlumat vermişdik.
Bolgxeber.com-a verilən məlumatlarda deyilirdi ki, sözügedən rayonda icra nümayəndəsindən tutmuş, təhsil şöbəsinə qədər bütün vəzifələr satışdadır. Ən minimum qiymət isə 5000 manat miqdarındadır.
Amma bu proses təkcə Saatlıda getmirmiş. Həmçinin Astarada da eyni vəziyyətin hökm sürdüyü məlum olub. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, rayonun icra başçısı Qəzənfər Ağayev hətta müavin postunu satışa çıxarıb. Belə ki, bu yaxınlarda 11 il 1-ci müavin işləyən Məzahir Hüseynov nəhayət vəzifəsindən azad edilib. Məzahir Hüseynov bir neçə ay əvvəl İcra Hakimiyyətinin Şəhər Üzrə Nümayəndəliyindən azad edilərək Astara qəzetinə baş redaktor göndərilən Azər Abdullayevin yerinə təyin edilib. Mənbəmiz Məzahir Hüseynovun yerinin qiymətinin 300 min manat olduğunu da bildirib.
Qeyd edək ki, Astara Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini Natiq müəllimin də işdən çıxarıldığı barədə söhbətlər dolaşır. İcra hakimiyyətindəki məsul vəzifə ilə yanaşı həm də YAP-ın Astara təşkilatının sədri olan Natiq müəllimi 2 həftədən artıqdır ki, gördüm deyən yoxdur. Onun mobil telefonuna da zəng çatmır. Astarada adı “qara siayhıda” olanlar sırasında dolaşan söhbətlərdə arabir təhsil şöbəsinin müdiri Qızbəs müəllimin də adı çəkilir. Digər rayonlarda olduğu kimi burada da ixtisara düşən orta təhsillilərin boş vəzifələrin “tas”ları barədə maraqlı məlumatlar dolaşır. Məsələn, təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat üçün 150 min manat tələb olunur.