Zəlzələ Balakəndə 360 evə ziyan vurub
16-10-2012, 09:35
Oxunub: 5 747
54 sosial obyektə də müxtəlif dərəcəli ziyan dəyib
Oktyabrın 14-də Azərbaycanın Balakən rayonunda baş verən zəlzələ nəticəsində təxminən 360 evə ciddi ziyan dəyib. Bunu Balakən rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib.
Onun sözlərinə görə, dünən axşama qədər 1100 evə baxış keçirilib. Balayev bildirib ki, zəlzələ nəticəsində 54 sosial obyektə də müxtəlif dərəcəli ziyan dəyib. "Sosial obyektlərin heç biri çox pis vəziyyətdə deyil. Amma onların hər birində çatlar var".
O, əlavə edib ki, zəlzələ ilə əlaqədar təxminən 10-15 ailə evlərini tərk edib. Onlar öz həyətlərindəki köməkçi tikililərdə və uyğunlaşdırılmış evlərdə məskunlaşıblar.
Balayev qeyd edib ki, ehtiyat çadırlar olsa da, indiyə kimi yalnız 1-2 ailə çadır götürüb. Komissiya sədrinin sözlərinə görə, indiyədək zərərçəkənlərdən ərzaq təminatı və tibbi xidmətin göstərilməsi üçün müraciət edən olmayıb. O, bunu zəlzələnin ciddi dağıntılar yaratmaması ilə izah edib.
Balayev hazırda zəlzələ nəticəsində dəyən zərərin hesablanması istiqamətində iş aparıldığını da bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər