Mübariz Ibrahimovun adı silahda əbədiləşdirildi
5-11-2012, 15:50
Oxunub: 6 218
Azərbaycan mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi gələn ilin əvvəllərində orduda silahlanmaya qəbul ediləcək.
Bolgexeber.com bildirir ki, bu barədə “AzeriDefence.com” saytı eksklüziv olaraq öz hərbi mənbələrinə istinadən məlumat verib.
Sınaqlar zamanı silah üzərində xeyli təkmilləşdirmələr aparılsa da, bu barədə detalların açıqlanması məqsədəuyğun sayılmayıb. “İstiqlal” snayper tüfəngi ailəsindən olan yeni tüfəng silahlanmaya MÜBARIZ adı ilə qəbul ediləcək.
Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla təchiz olunub.
12.7x108 mm-lik patronlardan atəş açan MÜBARIZ -50, +50 dərəcə temperaturda effektiv istifadə oluna bilir. Silahın təyinatına düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atəş məsafəsi 2 min metr təşkil edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər