Köhnə avtovağzalın yerini Kərəm Həsənov aldı-foto
7-11-2012, 12:55
Oxunub: 6 633
Bakı avtovağzalı yeni əraziyə köçürüləndən sonra köhnə massiv istifadəsiz qaldı.
Onun yaxınlığındakı “Velotrek”in söküləcəyi, bütöv bir sahənin yerində yeni binalar tikiləcəyi söyləndi. Hətta “Velotrek”in gənclər və idman naziri Azad Rəhimova məxsus olması barədə yazılanlar sonra özü tərəfindən təkzib olundu. İndisə köhnə avtovağzal dayanacağa çevrilib. Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib.
Gunxeber.com-a daxil olan xəbərə görə, köhnə avtovağzalın yerində “Azinko” şirkəti tərəfindən binalar inşa olunacaq. Əraziyə sahiblənmək uğrunda gedən mübarizədə nəhayət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun şirkəti qalib çıxıb.
Məlumdur ki, “Azinko” tam K.Həsənovun olmasa da, şirkətdə onun payı var. Ərazinin uzun müddət sahibsiz qalmasına görə ətrafında müxtəlif şayiələr yayılırdı. 3-cü mikrorayon bazarının buraya köçürüləcəyi, yeni ticarət mərkəzi inşa olunacağı deyilsə də, məlumatlar təsdiqini tapmırdı. İndisə massivdə tikinti işləri aparılması qərara alınıb və meriyanın da bununla bağlı razılığı var. “Velotrek” və “20 Yanvar” yarmarkasının taleyi isə qeyri-müəyyən olaraq qalır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər