DİN polkovniki rüşvətə görə həbs olunub
10-11-2012, 11:30
Oxunub: 7 181
“Bu adam əvvəllər nazirin şəxsi mühafizəçisi, daxili İşlər Nazirliyinin komendantı, sonradan isə “Serjant şkola”nın rəisi olub”
General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisini işdən qovub. Bu barədə “Qafqazinfo”ya məlumat sözügedən məktəbdən daxil olub. Məlumata görə, “Serjant şkola” kimi tanınan, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən rüşvət olayına görə qovulub. Belə ki, məktəbdə rüşvətxorluğun at oynatması ilə bağlı həm nazir Ramil Usubova, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər olub.
R. Usubov şikayətin araşdırılmasında digər qurumları qabaqlayaraq məsələni yerində öyrənib. Ə. İbrahimova qarşı rüşvət ittihamları təsdiqini tapdığı üçün nazirin əmri ilə o, vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Məktəbin müəllimlərindən izahatlar alınıb. Belə ki, DİN rəhbəri məsələnin şişməsinin qarşısını alaraq onu yerində həll edib.
R. Usubov artıq “Serjant şkola”ya yeni rəis də təyin edib. Belə ki, məktəbin yeni rəisi vəzifəsinə “Bantoettel”dən Seyid adlı, əslən Naxçıvandan olan polis zabiti rəis təyin olunub.
Xatırladaq ki, , Ə. İbrahimov nazir Usubova yaxın şəxslərdən olub. Bu adam əvvəllər nazirin şəxsi mühafizəçisi, sonra daxili İşlər Nazirliyinin komendantı, sonda isə “Serjant şkola”nın rəisi olub.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən açıqlama almaq cəhdimiz baş tutmayıb.
Tia.az-a daxil olan digər məlumata görə isə Əli İbrahimov hətda həbs olunub. Daxil olan məlumatda o da qeyd olunur ki, Əli İbrahimovun işçisi, rüşvət olayında əli olan Polis Akademiyasının tələbəsi Bəxtiyar Abbasov da həbs olunaraq oxuduğu Akademiyadan uzaqlaşdırılıb
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər