BolgeXeber.Com » Gündəm » “Təzə Bazar”ın sahibinin qardaşlarının adı qalmaqalda

“Təzə Bazar”ın sahibinin qardaşlarının adı qalmaqalda

14-11-2012, 13:25
Oxunub: 5 980 Polad Şıxəliyev Elşad Abdullayevdən 5 milyon dollar istəyib, Fizuli Şıxəliyevin isə Mirzə Sakitin həbsində əli olub

“Təzə Bazar”da baş verən davadan sonra yaranmış vəziyyətlə bağlı məsələ hələ də gündəmdədir. Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, dünən bazarın təsisçilərindən biri olan Məmmədağa İbrahimov açıqlama verərək, baş verənlərə aydınlıq gətirib.

Təsisçilərdən biri, Məmmədağa İbrahimov deyib ki, Vaqif Şıxəliyev Sumqayıt şəhərində MERO-nun rəisi işləyən qardaşı Polad Şıxəliyevin, Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi işləyən qardaşı Fizuli Şıxəliyevin, oğlu 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevin köməkliyi ilə bazara basqın təşkil etdirib. “Bizdə olan məlumata görə, Polad Şıxəliyev hətta Sumqayıt polisindən də bura adam gətizdirib. Eyni zamanda, oğlu Anaraın rəisi olduğu polis idarəsinin işçiləri də basqınçıların arasında olublar. Amma hücumçuların 60 faizi mülki geyimli şəxslər idi. Məhkəmə Vaqif Şıxəliyevin bazara buraxılmaması üçün qərar çıxarıb. Amma Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalov bunu icra etmək istəmir".

Araşdırmadan sonra isə ortaya başqa maraqlı məqamlar da çıxıb. Məlum olub ki, hal hazırda Sumqayıt şəhərində MERO-nun rəisi işləyən qardaşı Polad Şıxəliyev Kürdəmirin polis rəisi olduğu vaxtlarda ABU-nun rektoru Elşad Abdullayevlə görüşü olub. Etibarlı mənbənin verdiyi məlumatda deyilir ki, P.Şıxəliyev Abdullayevlə görüşdə rektorun itkin düşmüş qardaşı Mahir Abdullayev məsələsini müzakirə edib. Mənbə iddia edir ki, həmin vaxt polis rəisi rektordan qardaşının yerini bildiyini və həmin məkan barəsində bilgi vermək üçün 5 milyon dollar istəyib. Həmin vaxt tərəflər arasında razılaşmanın əldə olunub, olunmadığı isə məlum deyil.

Bu əsnada Vaqif Şıxəliyevin digər qardaşı, Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Fizuli Şıxəliyevin də haqqında maraqlı məlumat daxil olub. Həmin məlumatda deyilir ki, F.Şıxəliyev tanınmış satirik-şair Mirzə Sakitin həbsində müstəsna rol oynayıb. Belə ki, məhz onun keçirdiyi “əməliyyat tədbirləri” sayəsində Mirzə Sakit həbs olunub və “cibindən” narkotik maddə “tapılıb”.

Məsələ ilə bağlı digər maraqlı məlumatlar da var. Onları da zaman içində oxuculara çatdıracağıq.