Azərbaycanda iki rüşvətxor həbs olundu
28-11-2012, 13:20
Oxunub: 5 810
Onlar rüşvət alarkən cinayət başında yaxalanıblar
Abşeron rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi barədə məlumat verib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Y.Hüseynov noyabrın 26-da saat 16 radələrində Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanıb.
Y.Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əskinazlarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilib.
Bundan başqa Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti üzrə də təxirəsalınmaz tədbirlər həyata keçirilərək, cinayəti törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunub.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
Hər iki fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə Yavər Hüseynov və İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər