BolgeXeber.Com » Gündəm » Bakıda teatr binasında bomba həyəcanı

Bakıda teatr binasında bomba həyəcanı

29-11-2012, 15:35
Oxunub: 6 061 Bu gün Bakıda teatr binasına partlayıcı qoyulması barədə 102 xidmətinə məlumat verilib.

Bolgexeber.com-un məlumatına görə, dərhal Səbail RPİ-nin əməkdaşları və FHN-in xüsusi qrupu Nizami 72 ünvanında yerləşən Gənclər Tamaşaçılar Teatrının binasına gəlib. Teatrın bütün kollektivi evakuasiya olunub, axtarışlara başlanılıb.

Teatrın direktoru Mübariz Həmidov Bolgexeber.com-a bildirib ki, məlumat yalan çıxıb və teatr fəaliyyətini normal ahəngdə davam etdirir.