Girov düşən Azərbaycanlı erməniləri aldadıb?
1-12-2012, 12:50
Oxunub: 5 021
Erməni tərəfindən iddia: Telman Əliyev həmyerliləri ilə danışıb
Məlum olduğu kimi, dünən Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşı Telman Cavanşir oğlu Əliyev beynəlxalq missiyanın iştirakı ilə Azərbaycana qaytarılıb. Bildirək ki, bu təhvil-təslim prosesinə Azərbaycan tərəfi etiraz edib və prosesdə ermənilərin silahlı şəkildə təmsil olunmasının beynəlxalq konvensiyalara zidd olduğunu bildiriblər.
Təbii ki, bu ittihamı qulaqardına vuran rəsmi İrəvan da qarşılıqlı iddia irəli sürüb. Dia.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, düşmən ölkənin Müdafiə Nazirinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata verdiyi açıqlamasında bildirib ki, əsirlik dönəmində özünü ermənilərə lal-kar kimi təqdim edən Telman Əliyev təhvil-təslim prosesində öz həmyerliləri ilə salamlaşıb ki, bununla da onun lal-kar olmadığı müəyyən olunub.
Xatırladaq ki, Telman Cavanşir oğlu Əliyev 12 noyabr tarixində yolunu azaraq düşmən tərəfə keçib.
Bu məsələni şərh edən hərbi dairələrdəki həmsöhbətimiz isə DİA.AZ-a bildirdi ki, əslində Telman Əliyevin bu şəkildə davranması normaldır: «Onun özünü lal-kar kimi göstərməsi əslində hansısa dindirmədə iştirakdan yayınması niyyətindən doğub. Və maraqlı orasıdır ki, ermənilər onu sonna qədər lal-kar biliblər. Və indi də yanıldıqlarını bu şəkildə ifadə edirlər».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər