Prokurorluq daha bir korrupsionerlə bağlı açıqlama yaydı
6-12-2012, 11:20
Oxunub: 5 769
Vəzifəli şəxsə qarşı cinayət işi açılıb
Redaksiyamıza baş prokurorluqdan yeni korrupsiya faktı ilə bağlı məlumat daxil olub. Bolgexeber.com-a verilən xəbərdə qeyd olunur ki, “Sumqayıt REŞ” MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41.0 min manat məbləğində vəsaiti alaraq mənimsəmişdir. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər