4 icra başçısı haqda sərəncam
18-02-2011, 21:30
Oxunub: 8 916
Yevlaxın icra başçısı Elmar Vəliyev Gəncəyə icra başçısı təyin edildi, Səlyanın da icra başçısı dəyişdirildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamla Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı Vaqif Əliyevi vəzifəsindən kənarlaşdırıb. Bolgexeber xəbər verir ki, prezidentin başqa bir sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Sumqayıta icra başçısı təyin olunub. Yeni icra başçısını Sumqayıt məmurlarına PA rəhbəri Ramiz Mehdiyev təqdim edəcək.
Vaqif Əliyev isə Mədəniyyət və Turizm nazirinin birinci müavini təyin olunub.
Prezidentin digər sərəncamı ilə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev Gəncəyə icra Başçısı təyin olunub. Onun birinci müavini isə Yevlaxın yeni icra başçısı olub.
Daha bir sərəncamla Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı Tahir Kərimov Salyan rayonuna icra başçısı təyin olunub.
Yevlax rayon İcra hakimiyyatindəki mənbə əməkdaşımızla söhbətində xəbəri təsdiqlədi.
Bir neçə dəqiqə əvvəl daha iki icra başçısı ilə bağlı informasiya yayılıb. Lent.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyevin sərəncamı ilə Tahir Abuzər oğlu Kərimovun Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Səlyan rayonunun sonuncu parlament seçkisinə qədər icra başçısı Əliağa Hüseynov olub. Ə.Hüseynov 59 saylı Səlyan Seçki Dairəsindən deputat seçildiyi üçün başçı vəzifəsindən istefa vermişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər