BolgeXeber.Com » Gündəm » Bakı-Sumqayıt şossesində çiçəklənən pritonlar

Bakı-Sumqayıt şossesində çiçəklənən pritonlar

13-12-2012, 21:50
Oxunub: 5 114 Araşdırmalar zamanı bəlli olub ki, “Anar” adlanan əxlaqsızlıq yuvası rəsmi şəkildə heç bir yerdə qeydiyyatdan keçməyib

Bakı-Sumqayıt yolunun üstündə çox saylı əxlaqsızlıq yuvaları haqqında durmadan mətbuatda yazılar dərc olunmaqdadır. Qeyd edək ki, bu cür obyektlərdə hər gün onlarla qadın cinsi istismara məruz qalır və bir çox hallarda bu obyektlər ərazidə yerləşən hüquq-mühafizə orqanlarının himayəsi altında fəaliyyət göstərir.

Bolgexeber.com xəbər verir ki, belə bir biabırçı fakt haqqında müstəqil jurnalist Fuad Əliyev PİA.AZ-a məlumat ünvanlyıb. Jurnalisit bildirir ki, Bakı-Sumqayıt şossesində əxlaqsızlıq yuvaları açıq şəkildə fəaliyyət göstərir və bu ərazidəki onlarla belə obyektin hər birində hər gün 30-a qədər qadın müştərilərinə cinsi xidmət göstərir. Oonların arasında hətta az yaşlı qızlarda var.

Fuad Əliyev bildirir ki, ərazidə fəaliyyət göstərən ən tanınmış əxlaqsızlıq yuvalarndan biri "Anar" kafesidir. Bu kafe adətən «Qabilin kafesi» olaraq da tanınr. Jurnalist bildirir ki, onun apardığı araşdırmalar nəticəsində məlum olub ki, "Anar" kafesi heç yerdə qeydiyyatdan keçməyib və dövlətə uzun illərdir ki, bir qəpikdə olsun vergi ödəmənə qanunsuz və cinayət xarakterli fəaliyyət göstərir. Həmçinin bildirilir ki, həmin kafedə bir nesçə il əvvəl bir qadın öldürülüb və bui şin üstü sonradan ört basdır edilib.

Jurnalist həmçinin yazır ki, bura əsasən xüsusi sifarişlə Sumqayıt, Abşeron və Bakıdan qadınları gətirilir. Məlum mərkəzin başqa özəlliyi isə budur ki, orda xüsusi kabinetlər mövcuddur və bu kabinetlərə gizli kameralar quraşdırılıb. “Lazımi” müştərilər məhz bu kabinetlərə yerləşdirilir və sonradan şantajla üz-üzə qalırlar. Jurnalit onu da qeyd edir ki, insan alverinə qarşı mübarizə aparan təşkilatlar da belə bir pritonun mövcud olduğundan xəbərdardılar. Fuad Əliyevin apardığı araşdırma nəticəsində məlum olub ki, həmin priton bu günə qədər əsasən Xırdalan şəhər Baş Polis İdarəsinin adından istifadə etməklə fəaliyyət göstərir.

Çox maraqlıdır ki, 2007-ci ildə Xırdalan şəhər icra başçısı Zakir müəllimin göstərişilə Bakı-Sumqayıt şossesində kafe adı ilə fəaliyyət göstərən bütün əxlaqsızlıq yuvalarını dağıtmaq haqqında göstəriş versə də, bu əxlaqsızlıq yuvaları nəinki dağıdıldı, əksinə daha da artmabğa başladı. Jurnalist bildirir ki, uzun illərdir ki, Bakı-Sumqayıt şossesindəki əxlaqsızlıq yuvalarını Nəsrəddin adlı şəxs koordinasiya edir və onun himayəsi olmadan burda heç kim priton işlədə bilməz.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…