Nərgiz Paşayevanın qızından möhtəşəm təqdimat - Fotolar
14-12-2012, 09:20
Oxunub: 12 452



Təqdimatın 13 dekabrda keçirilməsi təsadüfi deyil
Dekabrın 13-də “Nargis” jurnalının təqdimat mərasimi keçirilib. Bolgxeber.com-un məlumatına görə, tədbirin aparıcısı Leyla Əliyeva jurnal haqqında məlumat verib. O bildirib ki, yeni jurnal dəb, incəsənət və mədəniyyətdən bəhs edir.
Daha sonra norveçli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının sərgisi, Bakıdakı JAN modalar evinin yeni modellərinin nümayişi baş tutub.
Rus dilində çap edilən bu jurnalda modaya aid hər şey tapmaq mümkündür. Nəfis tərtibatı, zövqlü dizaynı ilə Azərbaycan mətbuatına yenilik gətirən “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova ilk nəşri anasının, MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru Nərgiz Paşayevanın şərəfinə adlandırıb. Jurnalın təqdimatının 13 dekabrda keçirilməsi təsadüfi deyil – məhz bu gün Nərgiz Paşayeva öz ad gününü qeyd edir.
İlk nömrədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, akademik Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Jurnalın səhifələrində həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Lindley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.
Jurnal barədə öz fikirlərini bölüşən Aida Mahmudovanın sözlərinə görə, jurnal dəb və mədəniyyət dünyasında baş verən yeniliklərlə maraqlanan intellektual oxucuların zövqünü oxşayacaq.
Qeyd edək ki, jurnal rübdə bir dəfə, 368 səhifə ilə dərc olunacaq. “Nargis”in hər buraxılışında Azərbaycan və dünyanın məşhur ulduzları ilə eksklüziv müsahibələr, maraqlı məqalələr nəşr olunacaq. 5000 nüsxə ilə dərc olunan jurnalın Moda (Fashion), Mədəniyyət (Culture), Simalar (People), Sağlamlıq və Gözəllik (Health and Beauty), Həyat tərzi (Lifestyle) kimi rubrikalarında bu sahələrə aid ən son xəbərlərdən hali olmaq mümkün olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər