BolgeXeber.Com » Gündəm » «Olimpiadanın Azərbaycanda keçirilməsi böyük naliyyətdir»

«Olimpiadanın Azərbaycanda keçirilməsi böyük naliyyətdir»

14-12-2012, 11:10
Oxunub: 6 540 Nəriman Əliyev: «Bu günkü Azərbaycan Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin şah əsəridir»

Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycan mötəbər yarışa ev sahibliyi edəcək. Belə ki, 2015-ci ildə Avropanın ilk yay Olimpiya oyunları ölkəmizdə keçiriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nəriman Əliyevlə söhbət etdik, onun bu böyük naliyyətlə bağlı mövqeyini öyrənməyə çalışdıq.

- Nəriman müəllim, bildiyiniz kimi, 2015-ci ildə Azərbaycanın idman tarixində ilk dəfə olaraq ölkəmizdə Avropanın ilk yay Olimpiya oyunları keçiriləcək. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Əlbəttə ki, bu böyük naliyyətdir. Məlumunuzdur ki, bu gün Azərbaycan dövləti Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır. Siyasi, iqtisadi, bütün sahələrdə, o cümlədən idman sahəsində böyük uğurlara imza atmaqdadır. Qüdrətli dövlətə çevrilmiş ölkəmiz Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin şah əsəridir. 2015-ci ildə Avropanın ilk yay Olimpiya oyunlarının Azərbaycanda təşkili heç də səbəbsiz deyil. Bu dövlətimizin idmana hədsiz qayğısından irəli gəlir. Pekin və London Olimpiadalarında Azərbaycan idmançılarının çoxsaylı qızıl, gümüş və bürünc medallar qazanması da Möhtərəm Prezidentimizin idman siyasətinin nəticələridir. Ölkənin hər yerində idmanın bütün növləri üçün geniş şərait yaradılıb. Bütün rayonlarda gənclərimizin idmanla məşğul olması üçün Olimpiya Kompleksləri tikilib. Bütün bunlar təbii ki, dünyanın diqqətindən yayınmayıb. Bu ilin sentyabrında Bakıda keçirilən Qadın Futbolçuların Dünya Çempiotnatı və müxtəlif idman növləri üzrə dünya çempionatları da onu göstərir ki, cənab Prezidntimiz idmana hədsiz qayğı göstərir və dünya dövlətləri bundan heyrətlənirlər.
Eyni zamanda, 2015-ci ildə Avropanın ilk yay Olimpiya oyunlarının Bakıda təşkil olunması Azrbaycana olan etimad, inam və idman ölkəsi olmasından irəli gəlir. Şübhəsiz ki, dövlətimiz bu mötəbər yarışı yüksək səviyyədə təşkil edəcək və idmançılarımız böyük uğurlara imza atacaq. Əminəm ki, cənab Prezidentimiz İlham Əliyevin başçılığı ilə Azərbaycanda daha yeni-yeni mötəbər yarışlar keçiriləcək.

- Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətinə sizin hansı töhvələriniz var. Həmçinin Masallı ictimaiyyəti Avropa Olimpiadasına necə hazırlaşır?

- Əvvəla qeyd edim ki, Azərbaycan keçirilən püşkatmada birinci olduqdan sonra deputatı olduğum Masallı rayonunda bayram əhval-ruhiyyəsi yaranıb. İnsanlarımız ölkəmizin bütün uğurlarına sevinirlər. Camaatımız deyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət bundan sonra da yüksək nəticələr əldə edəcək. Əlbəttə, biz də öz növbəmizdə bəzi addımlar atmağa çalışırıq. Təşəbbüslər göstərir, əməli addımlar atırıq. Məsələn, mən öz şəxsi vəsaitim hesabına Masallıda Boks Sarayının inşasına başlamışam. Bu saray Avropa Olimpiya oyunlarına kimi inşallah hazır olacaq. Məqsəd, Masallı gənclərinin daha rahat və sərbəst şəkildə idmanın boks növü ilə məşğul olmasını təmin etmək, habelə Olimpiya oyunlarının bu sarayda keçirilməsini təmin etməkdir.
Onu da qeyd edim ki, bu təşəbbüsdən sonra Masallının iş adamları da hərəkətə gəliblər. Onlar da öz növbələrində rayonumuzda Taekovando Federasiyası üçün ilk idman sarayını tikməyə hazırlşaşırlar. Əlbəttə, bunlar başlanğıclardır. Və davamı da gələcək.