Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi
18-12-2012, 03:55
Oxunub: 4 517
İmişlinin icra başçısı sabiq spikerlə Avropada görüşübmüş, ACP-yə də bu razılaşmaya əsasən yardım edilir
İmişlinin icra başçısı Vilyam Hacıyev sabiq spiker Rəsul Quliyevlə yaxınlaşmaq niyyətinə düşüb. Bolgexeber.com-a verilən məlumata görə, artıq icra başçısı bu məqsədlə ilk addımları atıb. Belə ki, o, sabiq spikerin lideri olduğu Açıq Cəmiyyət Partiyasının İmişlidə şöbə yaratmasına şans tanımaqla yanaşı, həm də onları qərargahla təmin edib.
Mənbə bildirir ki, Hacıyev hətta yerli təşkilatın əliylə mərkəzi qərargaha da köməklik göstərməkdədir. Belə ki, icra başçısı yaxın adamlarından birinin vasitəsi ilə Bakıya pul göndərib. Amma bu yaxınlaşmanın hansı səbəbdən baş verdiyi məlum deyil. Çünki İmişlinin icra başçısının sabiq spikerlə əvvəllər heç də əlaqəsi olmayıb. Amma buna baxmayaraq, hal hazırda ondan yardımlarını əsirgəmir.
Bolgexeber.com-a danışan qaynağın dediyinə görə, həqiqətən də Rəsul Quliyevlə Vilyam Hacıyev arasında əvvəllər yaxın münasibət olmayıb. Amma tərəflər arasında yaxınlaşma bir müddət bundan əvvələ təsadüf edir. Belə ki, icra başçısının yaxın adamı ilə xaricdə görüşən Rəsul Quliyev onunla anlaşıb və vasitəçilik etməsini istəyib. Nəticədə, icra başçısı bu təklifi qəbul edib və ona dəstək olacağını deyib. Bir müddət əvvəl isə Avropada səfərdə olan Vilyam Hacıyevin Rəsul Quliyevlə görüşdüyünə dair iddialar da var. Mənbə bildirir ki, rayonun rəhbəri görüşdən sonra ACP-yə maliyyə yardımı ayıracağını vəd edib və hazırda da bunu həyata keçirməyə başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər