7 ƏSGƏRİ ÖLƏN GENERALIN POQONU SÖKÜLDÜ
23-02-2011, 00:40
Oxunub: 8 409

Çingiz Şəfiyevin rütbəsi endirilib və korpus komandiri vəzifəsindən götürülüb
Azərbaycanın hərbi hissələrindən birində bu günlərdə yeddi əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı təhqiqat aparıldıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilib. Bu barədəBolgexeber.com-a hərbi mənbədən məlumat verilib.
Şəfiyev, həmçinin general-mayor rütbəsindən bir pillə aşağı endirilib.
Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin edilib.
Fevralın 20-də saat 09:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Hadisə zamanı 7 əsgər - Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, 2010-cu ilin aprelində Beyləqan rayon Hərbi Komissarlığından (RHK) hərbi xidmətə çağırılıb), Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, ötən ilin aprelində Ağdam RHK-dan hərbi xidmətə çağırılıb), Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, ötən ilin aprelində Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, 2009-cu ilin oktyabrında Balakən RHK-dan hərbi xidmətə çağırılıb), Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, ötən ilin yanvarında Ağcabədi RHK-dan hərbi xidmətə çağırılıb) və Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, ötən ilin yanvarında Bakının Yasamal RHK-dan hərbi xidmətə çağırılıb) dünyalarını dəyişiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər