BolgeXeber.Com » Gündəm » Cavid Qurbanovun cangüdəninə biabırçıi ittiham

Cavid Qurbanovun cangüdəninə biabırçıi ittiham

20-12-2012, 11:10
Oxunub: 4 511 Sumqayır şəhəri, 8-ci mikrarayon, 26 saylı binanın bir qurup sakinləri hər həftə üzləşdikləri haqsızlıqla bağlı Bolgexeber.com-a müraciət edib. Adlarının çəkilməsini istəməyən sakinlər bildirir ki, "Azəryolservis" ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun cangüdəni Mehdi Eldarov yaşadıqları məhəlləni əxlaqsızlıq ocağına çevirib: "Biz deputat Cavid Qurabovun cangüdəni Mehdi Eldarovun əlindən artıq evimizi satıb məhəllədən köçmək məcburiyyətində qalmışıq. Bu adam hər həftə başının dəstəsini binada yaşadığı evinə yığır. Sonra onun dalınca isə məhəlləyə sifariş verdiyi fahişələr təşrif buyurur. Gecə səhərə qədər musiqi və iyrənc səslər əlindən dincliyimiz pozulub. Daha abırımız tökülüb. Evimizdə və qonşuluqda qız-gəlinlərimiz var, bu insan artıq o qədər harınlayıb ki, camaatın qız-gəlininə də fahişə gözü ilə baxır. Bir söz də deyə bilmirik ki, deyirlər arxası möhkəmdir.
Bu azmış kimi Cavid Qurbanovun da oğlu Şəmşir Qurbanov, xüsusilə yay mövsümüdə Mehdi Eldarovun evinə faişələrlə gəlir. Bəyəm Cavid Qurbanovun oğlunun pulu azdır ki, bura fahişələri yığır. Onun o qədər pulu və atasının villaları var ki, aparasın orda onlarla öz kefini çəksin".
Sakinlər xəbər portalımızın vasitəsilə Cavid Qurbanovun cangüdəninin bu özbaşınalıqları barədə dövlət başçısı İlham Əliyevə də müraciət edirlər: "Cənab prezident, xahiş edirik Cavid Qurbanovun özbaşınalıqlarının qarşısını alın. Bizim fəryadımızı eşidin. Azərbaycanda bu gün Cavid Qurbanov kimilərinin hətta cangüdənləri belə arxayın şəkildə qanunları pozması, bina sakinlərinə qarşı əxlaqi zidd hərəkət etməsi sizin işinizə şübhə yaradır".
Sonda sakinlər "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovun ünvanına kəskin qarğışlarını da tökürlər: "Cənab Cavid Qurbanov unutmayın ki, nə qədər gücünüzə, korrupsiya yolu ilə yığdığınız milyonlara arxayın olsanız da, Ulu Tanrı sizin gücünüzü yox etməyə qadirdir.
Sizi hər şeyə qadir olan Allaha tapşırırıq. İnşaallah, Ulu Tanrı tez bir zamanda sizi və yanınızdakı quldurları silib-süpürərək layiq olduğunuz yerə göndərəcək".