“Papanin” camaatı qaranlığa qərq edildi
20-12-2012, 11:20
Oxunub: 4 989
Sakinləri evlərindən çıxarmaq üçün işqılarını kəsdilər
Xəbər verdiyimiz kimi, metronun “Memar Əcəmi-2” 2013-cü ilin sonuna kimi tikilib sərnişinlərin ixtiyarına verilməsi planlaşdırılır. Buna görə də, ərazidə olan onlarla evin sökülməsi planlaşdırılır. Artıq “Papalin” sakinlərinə bildirişdə verilib. Onlara bildirilib ki, hər kvadrat metrə görə, təmirli ev üçün 1080, təmirsizə 1020 manat kompensasiya veriləcək. Mənzil sahibləri isə bununla razılaşmırlar. Onlar deyirlər ki, bu ilin əvvəlində İlham Əliyevin Nazirlər Kabinetinə verdiyi göstərişə əsasən hər kvadrat metr üçün 1500 manat kompensasiya verilsin.
Bu gün isə sakinləri evlərindən çıpxarmaq üçün yeni vasitəyə əl atıblar. Bolgexeber.com-a məlumat verən “Papanin” sakinləri bildiriblər ki, səhər saatlarından onların işıqlarını kəsiblər. Adını isə belə qoyublar ki, guya onların işıq pulu borcları var. “Heç ay tamam olmayıb. Əvvəlki ayların pulunu isə ödəmişik. İndi də gəliblər ki, borcunuz var, işığınızı kəsirik. Bunlar bizi zorla evimizdən çıxarmaq üçün bəhanə axtarırlar”.
Sakinlər onu da deyib ki, məsələ ilə bağlı “Bakıelektrikşəbəkə” ilə bir neçə dəfə əlaqə qurmağa çalış.salar da bir nəticə hasil olmayıb.
Hal hazırda ərazidə sakinlər toplaşıb. Onlar rəsmi qurumların nümayəndələrinin əraziyə gəlməsini tələb edirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər