Elşad Abdullayevə cinayət işi açılır?-EKSKLÜZİV
20-12-2012, 12:05
Oxunub: 5 194
Gündəmi bir birinə vuran ABU-nun rektoruna qarşı rüşvət və korrupsiya ittihamları irəli sürüləcək
Son günlər ABU-nun sabiq rektoru Elşad Abdullayev yaydığı qalmaqallı videogörüntülərdən sonra «qəhrəman»a çevrilib. Deputat Gülər Əhmədovanı deputatlıqdan məhrum edən və daha bir neçə nəfərin həbsinə nail olan Abdullayevin əsas hədəfi isə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
TİA.AZ-a daxil olan məlumata görə, yayılan videogörüntülər artıq hakimiyyət dairələri üçün ciddi problemə çevrilməyə başlayıb. Bunun qarşısını almaq üçün Fransaya göndərilmiş «elçilər»in əliboş qayıtmasından sonra rəsmi dairələr başqa bir addım atmaq qərarına gəliblər. Etibarlı mənbələrin bilgilərinə görə, yaxın vaxtlarda Elşad Abdullayev barəsində də cinayət işi qaldırılacaq. Ona qarşı irəli sürülən ittihamlar isə ABU-nun rektoru olduğu vaxt korrupsiya və rüşvət əməllərini əhatə etməlidir. Mənbə iddia edir ki, hətta cinayət işi qaldırıldıqdan sonra rəsmi Bakı Fransadan keçmiş rektorun Bakıya təhvil verilməsini istəyəcək. Və bunu da haqqında qaldırılmış cinayət işi ilə yanaşı, həm də onun qardaşının oğurlanması məsələsini araşdırmaq üçün lazım gəldiyini qeyd edəcək.
Məlumata görə, proses gələn ilin əvvəlindən start götürəcək. Bununla bağlı hazırlıq işləri isə başlayıb. Bəzi bilgilərə görə, artıq ABU-da oxumuş tələbələrin siyahısı hazırlanır və onların əksəriyyətindən Elşad Abdullayevə rüşvət vermələrinə dair izahat alınacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər