AZƏRBAYCANLI MƏMURLAR ŞİRİNCƏDƏ EV KİRAYƏLƏDİLƏR
20-12-2012, 15:00
Oxunub: 4 894
21 dekabrda dünyanın sonunun gələcəyi ilə bağlı məlumatlar gündəmə gəldikdən sonra bəziləri özlərini bu təhlükədən qorumaq üçün yollar axtarmağa başlayıblar
Bir müddət əvvəl İzmirin Şirincə kəndinin “Qiyamət Günü”ndən sağ-salamat çıxacağı ilə bağlı məlumatlar yayılmışdı. Məhz bundan sonra dünyanın müxtəlif ölkələrindən olan turistlər, hətta tanınmış şəxslər “Qiyamət günü”ndən xilas olmaq üçün həmin kənddə ev kirayələməyə başladılar.
Məlumata görə, həmin şəxslər arasında Azərbaycan məmurlar da var. İzmirin Şirincə kəndində ev kirayələyən məmurlarımız adlarının gizli qalması üçün evləri yaxınlarının adlarına sənədləşdiriblər.
Məlumatda bildirilir ki, kənddə yerləşən “Markiz” adlı pansionat xüsusi olaraq azərbaycanlı məmurlar tərəfindən tutulub. Həmin pansionat ciddi şəkildə türk xüsusi xidmət orqanları tərəfindən qorunur. Hətta orada işləyən personal da bu məmurların kimliyindən məlumatsızdır. Onlara ciddi şəkildə pansionata gəlib-gedənlər haqqında çölə heç bir məlumat ötürməmələri tapşırılıb.
İzmirdə olan əməkdaşımız hazırda “Markiz” pansionatında olan azərbaycanlı məmurların adlarını dəqiqləşdirməyə çalışır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər