Zakir Qaralova qarşı şok iddia
23-02-2011, 16:00
Oxunub: 8 786

Patsientlərin Hüquqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimov mətbuat nümayəndələri ilə görüş keçirib.
Bolgexeber.com-un məlumatına görə, İlqar İbrahimov Mərkəzi Neftçilər Xəstəxanasında şöbə müdiri işləmiş Kənan Yusifzadənin bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin mərkəzi hospitalına rəis təyin olunmasına fikir bildirib: “Kənan Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasında şöbə müdiri işləyən zaman Bakı şəhər sakini Şura İbrahimovanı düzgün əməliyyat etmədiyinə görə xəstə qısa müddətdən sonra dünyasını dəyişmişdi. Şura İbrahimovanın övladları tərəfindən respublika prokurorluğuna bu faktla bağlı dəfələrlə şikayət edilsə də iş bu günə qədər araşdırılmayıb”.
Mərhumun övladı İlqar İbrahimov Kənan Yusifzadəni bir başa respublikanın baş prokuroru Zakir Qaralovun himayə etdiyini bildirib: “O nəinki anamızın ölümünə səbəb olub, həm də əməlini ört-basdır etmək üçün anama yeni müalicələr təklif etməklə bizi külli miqdarda xərcə salıb. Mülki insanların ölümünə bais olan şəxsi hərbi hospitala rəis təyin etməklə Azərbaycan əsgərinin də həyatını təhlükəyə atırlar”.
İ. İbrahimov Baş Prokuror Zakir Qaralovun həmin həkimi himayə etdiyi üçün ona qarşı cinayət işinin açılması tələbi ilə çıxış edib: “Məruzə edirəm ki, bu məsələ ilə maraqlansınlar və ədalətin qələbəsinə yardımçı olsunlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər