Arzu Rəhimov üçün yeni «müxalifət»
21-12-2012, 07:05
Oxunub: 5 214
Bir neçə hərbi komissar xidmət rəisinə qarşı birləşdi
Yaradılandan sonra bir müddət fəaliyyətsiz kimi diqqəti çəkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni fəaliyyətə başladıqdan sonra daxildə narazılıq yaranmağa başlayıb. Bolgexeber.com-a verilən məlumata görə, artıq xidmətin rəisinə qarşı daxildə «müxalifət» də formalaşıb.
Məlumatda deyilir ki, Arzu Rəhimovun rayonlara təyin etdiyi komissarların bir qismi ona qarşı birləşməyə başlayıblar. İddialara görə, bu birləşmənin səbəbkarları isə həm daxildə xidmət rəisinə qarşı olanlar, həm də kənarda onunla mübarizə aparanlardır.
Belə ki, köhnə sistemdə çalışmış hərbi komissarların «krişa»ları artıq adamlarının əvvəlki səviyyədə işləyə bilmədiyini və onlara qazanc gətirmədiyini görərək, Arzu Rəhimov üçün «başağrısı» yaratmaq fikrinə düşüblər. Hətta o da deyilir ki, «müxalifət» bu yaxınlarda bir araya gələrək, bundan sonrakı mərhələdə atacaqları addımları müzakirə ediblər.
Maraqlı məqam odur ki, bu prosesdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatında olan bir neçə şəxsin də adı hallanır. Hələlik məsələ ilə bağlı dəqiqləşdirmə apardığımızdan onların adlarını açıqlamırıq.
Onu da bildirək ki, yaxın günlərdə Arzu Rəhimovun «müxalifət»i olan komissarların adlarını da açıqlayacağıq. Hələlik bununla bağlı yekun dəqiqləşdirmə işləri görülür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər