Gülər Əhmədovaya qadağa
21-12-2012, 07:05
Oxunub: 4 775
Sabiq deputat bundan sonra evindən kənara çıxa bilməyəcək
Ötən günlərdə həbsi barədə xəbər yayılan sabiq deputat Gülər Əhmədovaya daha bir qadağa qoyulub. Bolgexeber.com-un verdiyi məlumata görə, bu qadağa birbaşa rəsmi dairələrdən gəlib. Həmin tabu isə onun evdən çıxmasını belə yasaqlayır.
Mənbə bildirir ki, keçmiş deputatla sonuncu dəfə görüşən hakimiyyətin üst düzey rəsmilərindən biri onunla şərt kəsib. Həmin şərtə əsasən Gülər Əhmədova bundan sonra mətbuata açıqlama verməyəcək, sosial şəbəkələrdə fəaliyyətini tamamilə dayandıracaq və evindən kənara çıxmayacaq. Ona ancaq nəzərdə tutulan vaxtdan sonra Bakı şəhərində gəzmək haqqı tanınacaq. Amma nəzərdə tutulan vaxtın hansı zaman kəsimini əhatə etdiyi məlum deyil.
Bolgexeber.com-a danışan mənbə bildirib ki, bunun qarşılığında Gülər Əhmədovaya toxunulmazlıq haqqı tanınacaq və onun həbsi reallaşdırılmayacaq.
Qeyd edək ki, sabiq deputat artıq Facebookdan istifadə etmir və özünün səhifəsini bağlayıb. Mətbuatla əlaqələrini də tamamilə kəsmək üzrədir. Əlində olan «Mərkəz» qəzetinin bağlanması isə birbaşa bu tapşırığın nəticəsidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər