Nazir qardaşına yeni vəzifə
21-12-2012, 07:05
Oxunub: 5 555
İsmayıllının icra başçısı Nizami Ələkbərov böyük rayonlardan birinə rəhbər gətirilir, onu isə Nizami Qocayev əvəzləyəcək
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yaxın vaxtlarda postunu tərk edəcək və onu yeni təyinat gözləyir. Bu barədə Bolgexeber.com-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, sözügedən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır. Onun uzun müddət ucqar dağ rayonunda işləməsi isə sırf özünü doğrultması üçün nəzərdə tutulubmuş. Mənbə bildirir ki, artıq sınaq müddəti başa çatıb və nazir qardaşı yaxın zamanlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacaq.
Məlumatda qeyd olunur ki, Nizami Ələkbərovu İsmayıllıda başqa bir Nizami əvəz edəcək. Mənbənin iddiasına görə, xeyli müddətdir hüquq-mühafizə orqanlarından çıxmaq istəyən və gücünü digər dövlət işlərində sınamaq qərarına gəlmiş, hal hazırda isə İsmayıllı rayon Polis Şöbəsinin rəisi işləyən Nizami Qocayev nazir qardaşını əvəz edəcək. O da vurğulanır ki, bu məsələ artıq qətiləşib. Sadəcə, dövlət başçısının sərəncamı gözlənilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər