Əhəd Abiyev icra başçisi təyin edildi
23-02-2011, 22:55
Oxunub: 7 386

Keçmiş deputat prezident İlham Əliyevlə görüşüb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə sabiq deputat Əhəd Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Sabiq millət vəkili deyib ki, bu gün prezident İlham Əliyevlə görüşüb, ondan tapşırıq və göstərişlər alıb. Ə.Abıyev deyib ki, yeni iş yerində can-başla fəaliyyət göstərəcək, dövlət başçısının etimadını doğrultmağa çalışacaq.
Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.
1979-cu ildən Bakı şəhərində tikinti-quraşdırma idarəsinin ustası, mənzil-istismar sahəsinin texniki, “Azərittifaq”ın universal bazasının iqtisadçısı olub. 1984–1995-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsində inspektor, iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonuncu dəfə 2005-ci il noyabrın 6-da 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilmişdi.
Evlidir, 2 övladı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər