BolgeXeber.Com » Gündəm » Seçicilər Millət vəkili ilə birlikdə Prezidenti təbrik etdi

Seçicilər Millət vəkili ilə birlikdə Prezidenti təbrik etdi

24-12-2012, 00:00
Oxunub: 3 205 Millət vəkili Nəriman Əliyev Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdi

Çox hörmətli, Cənab Prezident!

Dövlət başçısı olduğunuz müddətdən bəri ölkəmizdə əmin-amanlıq, sabitlik və əhalinin rifahının yüksəldilməsi istiqamətində bütün addımları atmısınız və bu gün də həmin siyasəti həyata keçirməkdəsiniz. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, onun həyata keçirmək istədiyi işləri də yüksək səviyyədə reallaşdırmaqdasınız. Bu illər ərzində həyata keçirdiyiniz məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan xalqının rifahı yüksəlmiş, həyat səviyyəsi yaxşılaşmış və bundan sonra da apardığınız uğurlu siyasətiniz nəticəsində daha da yaxşılaşacaqdır.

Möhtərəm Prezident!

Biz 70 saylı Masallı Şəhər Seçki Dairəsinin seçiciləri Sizi 51 yaşınız olması münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür can sağlığı və xoşbəxtlik arzu edirik. Həmçinin gələn il keçiriləcək prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləyəcəyik. Çünki bizim yeganə namizədimiz Sizsiniz. Allah Sizə uzun ömür versin ki, bu xalq üçün daha çox işlər görəsiniz.
Bir daha Sizi doğum gününüz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.

Dərin hörmətlə, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin seçiciləri adından, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nəriman Əliyev.