YAP Prezidentliyə namizədini açıqladı
24-12-2012, 09:45
Oxunub: 5 223
“Azərbaycan xalqı 2013-cü ilin prezident seçkilərində yeganə namizəd kimi İlham Əliyevi görür”
2013-cü il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi ildir. Hesab edirəm ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Bunu YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov 600 mininci üzvə partiyanın vəsiqəsinin təqdim edilməsi mərasimində deyib.
Əhmədov bildirib ki, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü ilin prezident seçkilərində yeganə namizəd kimi İlham Əliyevi görür. "Hesab edirəm ki, belə rəyin formalaşmasının qəti şəkildə ciddi əsasları var. Azərbaycan ötən illər ərzində həyata keçirilən iqtisadi siyasət nəticəsində dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti olub. Ötən illər ərzində Azərbaycanda insanların rifahında çox ciddi dəyişiklilər baş verib".
O bildirib ki, ölkəmiz üçün uğurlu il olan 2012-ci il YAP üçün də xeyli uğurlu olub, beynəlxalq sahədə bir çox uğurlu addımlar atılıb.
Əhmədov deyib ki, 2013-cü ilə də 2012-ci ilin uğurları əsasında gedirlər.
YAP rəsmisinin fikrincə, 2013-cü il də Azərbaycan üçün uğurlu olacaq. Azəraycanda iqtisadiyyatın yaxşılaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində gələn il də böyük layihələr ili olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər