Pəhləvan Qabil kimdir?
25-12-2012, 09:15
Oxunub: 7 406
«Anar» kafesini işlədən qardaşlarla bağlı ilginc məlumatlar ortaya çıxıb
Bir müddət əvvəl xəbər vermişdik ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Bolgexeber.com-a jurnalist Fuad Əliyev məlumat vermişdi. O bildirmişdi ki, «Anar» adlanan bu kafedə qadınların intim xidmət göstərməsini təsadüf nəticəsində bilib və məsələni araşdırmaq üçün yerli polisə məlumat verib.
Dünən Fuad Əliyev bununla bağlı yeni məlumatlarını Bolgexeber.com-a göndərib. O bildirib ki, «Anar» kafesini Pəhləvanlar adlı şəxslər işlədir. «Onlar idmançıdırlar və bu imkanlarından istifadə edərək, bildiklərini edirlər. Kafenin rəhbəri də Qabil adlı şəxsdir. O da pəhləvanlardan biridir.
Fuad Əliyev daha sonra bildirir ki, məsələni araşdırmaq üçün Abşeron Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Oradan Əməliyyat Şöbəsindən ona bildiriblər ki, «Anar» kafesinin əxlaqsızlıq yuvası olması barədə məlumatları olsa da, onun daha bir neçə gün işləməsinə polis rəisi Namiq müəllim icazə verib. «Mənə dedilər ki, həmin kafe bağlanacaq. Amma onun bir neçə gün işləməsinə Namiq müəllim icazə verib. Doğrusu, mən bu deyilənlərə inanmıram. Çünki bir polis rəisinin belə bir iş tutacağı mümkün deyil. Amma Əməliyyat Şöbəsindən verilən məlumat bu cür idi».
O daha sonra ilginc bir məlumat da açıqlayıb. Fuad Əliyev bildirib ki, əldə etdiyi məlumatlara görə, «Anar» kafesində bir neçə il bundan əvvəl ölümlə nəticələnən hadisə baş veribmiş. «Həmin hadisədən sonra kafe bağlanıb və onun tikilisi isə dağıdılıb. Bundan başqa, baş verən hadisədə kafeni işlədən Qabilin qardaşı da təqsirli bilinərək həbs olunub. Lakin qatı cinayət törətmiş birinin həbsdə qalması uzun çəkməyib və bizə məlum olmayan yollarla azadlığa buraxılıb».
Jurnalist sonda onu da qeyd edib ki, Bakı-Sumqayıt yolu üzərində yerləşən, insanların əxlaqını korlayan və insanlara qarşı həqarətli davranan «Anar» kafesinin bağlanması ilə bağlı lazım olan instansiyalara müraciət ünvanlayıb. Hələlik onun müraciətlərinə cavab verilməyib. Amma o, yaxın günlərdə cavab alacağını və «Anar» kafesinin bağlanılacağına ümid edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər