Lənkəranda 1 milyon manatlıq şok korrupsiya
27-12-2012, 09:30
Oxunub: 5 107
İcra başçısı yerli maliyyə şöbəsinin müdiri ilə «böyük iş» görüb
Son zamanlar ayrı-ayrı rayon icra hakimiyyətlərinə ciddi məbləğdə vəsaitlər ayrılır ki, bu da təbii olaraq, bir sıra işbaz məmurların da yeyinti imkanlarını artırmış olur. Bu barədə Bolgexeber.com-a Lənkərandakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, dövlət başçısının sərəncamı ilə 4 milyon manat pul ayrılan Lənkəran rayonunda da vəziyyət eyni qaydadadır.
Mötəbər mənbənin bildirdiyinə görə, rayon icra başçısı Taleh Qaraşov həmin vəsaitin böyük bir hissəsini yerli maliyyə şöbəsinin müdirinin usta fəaliyyəti nəticəsində şəxsi büdcəsinə ötürə bilib. Mənbənin söylədikləri: «Onsuz da ayrılan vəsaitin heç də hamısı rayona çatmayıb və böyük miqdarda pul hələ «yuxarıların» süzgəcində ilişib qalıb. Bu da azmış kimi icra başçısı yerli maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq təxminən 1 milyon manata yaxın vəsaiti - 946 min manat pulu mənimsəyib və həmin məbləğin xərclənmə ünvanları ilə bağlı dolaşıq sənədləşdirmə işi həyata keçirilib».
Məlumatı verən qaynaq bildirir ki, artıq bu məsələ o qədər ciddiləşib ki, hətta əlaqədar dövlət qurumlarının da diqqətindən yayınmayıb: «Konkret olaraq maliyyə nazirliyinin ekspertləri baş verən maxinasiyanı təsbit edə biliblər. Və bu məsələnin görməməzliyə vurulması üçün icra başçısı xərcət düşməli olub».
Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər