BolgeXeber.Com » Gündəm » Sevinc Babayevanın meyiti aeroportdadır

Sevinc Babayevanın meyiti aeroportdadır

29-12-2012, 22:40
Oxunub: 3 084 Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın meyiti Azərbaycana göndərilmək üçün İstanbul Atatürk Hava Limanına gətirilib.


APA-nın Türkiyə bürosunun xəbərinə görə, meyit hazırda aeroportun “Kargo” bölümündədir.

Meyitin Bakıya göndərilməsi üçün hazırlıq işləri aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında “Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılaraq, məhkəmə-tibb ekspertizasına götürülən S. Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib.

Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək.