Şirkət rəhbəri Kəmaləddin Heydərova qarşı
9-01-2013, 15:20
Oxunub: 8 999
«Qarasu» şirkətinin rəhbəri Faiq Zeynalov Zaqatalada FHN başçısını yalançı çıxarıb
Zaqatalada baş verən zəlzələdən sonra həyata keçirilən tikinti işlərinin yubanması ətrafında qalmaqallar yaşanır. Hələ bir müddət əvvəl rayonda tikinti işlərini həyata keçirən podratçı şirkətlərə qarşı həm yerli sakinlərin, həm də fəhlələrin üsyanı baş vermişdi.
Bolgexeber.com-a verilən məlumatda deyilir ki, haqqında qalmaqal qalxmış şirkətlərdən biri də «Qarasu»dur. Məlumatda deyilir ki, Zaqatalada zəlzələdən zərər çəkmişlərə evlərin tikintisini həyata keçirən bu şirkətin adı bir sıra maxinasiyalarda hallanır. Qeyd olunur ki, «Qarasu» şirkətinin rayonda inşa etdiyi binaların hamısı keyfiyyətsiz olmaqla yanaşı, həm də fəhlələrlə sənədləşdirmə işləri aparılmayıb. Belə ki, şirkətin rəhbəri Faiq Zeynalov fəhlə və ustalarla söhbət zamanı deyib ki, onlar üçün ayrılmış pullarla ancaq necə gəldi bina tikməyə bəs edir. Üstəlik, onu da deyib ki, aparılan tikinti işləri tez-bazar həyata keçirilməlidir.
Bolgexeber.com-a verilən məlumatda o da vurğulanır ki, Faiq Zeynalov fəhlələrlə əmək müqaviləsi də bağlamır. Bunu da belə əsaslandırır ki, guya, yuxarılar ondan bunu tələb edirlər. Halbuki belə bir addımın atılmasının səbəbi həm fəhlələrə daha az pulun verilməsini təmin etmək, həm vergidən yayınmaq, həm də istənilən vaxt «üsyançı» fəhləni işdən çıxarmaq üçün zəmin yaratmaqdır.
Bildirək ki, Zaqatalada həyata keçirilən tikinti işləri ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov artıq bir neçə dəfə rayon sakinlərinə işlərin vaxtında başa çatdıralacağı vədini verib. Lakin hər dəfə vədlərinin boşa çıxdığı məlum olub. Verilən məlumata görə, vəziyyətin indiki şəkil almasında əsas problem «Qarasu» şirkətinin işlərini vaxtında həyata keçirməməsidir.
ANONS
- Faiq Zeynalov hansı icra başçısına qarşı kampaniya aparır?
- Şirkət rəhbərinin övladlarının adları hansı qalmaqallarda hallanır?
- Qardaşı öldürülən "Qarasu" şirkətinin rəhbəri məsələni necə ört-basdır edir?
Məsələ ilə bağlı yeni maraqlı xəbərləri izləyə biləcəksiniz….
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər