İsmayıllıdakı əsas obyektlər ələ keçirilir
11-01-2013, 03:45
Oxunub: 5 425
İcra başçısı Nizami Ələkbərov «yağlı tikə»ləri ələ keçirmək üçün hücuma başlayıb
İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar bir-bir müflis edilir. Bolgexeber.com-a verilən məlumata görə, icra başçısı Nizami Ələkbərov rayondakı əsas gəlir gətirən obyektləri ələ keçirmək üçün planını işə salıb.
Qeyd edilir ki, o, bir müddət əvvəldən gəlirlə işləyən obyektlərin siyahısını hazırlatdırıb. Bunun ardından isə həmin obyektlərin sahiblərini çağıraraq, onlarla danışıq aparıb. Danışığın məğzi də belə olub ki, sahibkarlar obyektlərini dəyər-dəyməzinə ona satsınlar. Lakin iş adamları təklifi qəbul etməyərək, onunla anlaşmadan imtina ediblər.
Bundan qəzəblənən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı onların obyektlərini zorla əllərindən almağa başlayıb. İlkin məlumatlara görə, icra başçısı İsmayıllıda artıq bir neçə obyekti ələ keçirib. Daha bir neçə obyektin ələ keçirilməsinə isə hazırlıq görülür.
Məlumatda deyilir ki, Nizami Ələkbərov bunu reallaşdırarkən heç də əziyyət çəkmir. Belə ki, vergi müfəttişlərini həmin obyektlərə göndərən icra başçısı onlardan bu yerlərin bağlanılmasını tələb edir. Ardından isə onların sahibləri ilə danışaraq, çox ucuz qiymətə oraları əllərindən alır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər