BolgeXeber.Com » Gündəm » İcra başçıs «jurnalist»in «saqqızını» necə oğurlamaq istədi?

İcra başçıs «jurnalist»in «saqqızını» necə oğurlamaq istədi?

13-01-2013, 21:10
Oxunub: 4 245 Mübariz Ağayev xanım mətbuat işçilərindən birinə dostluq müqabilində pul təklif etdiyi xəbəri yayılıb

Son dövrlər icra başçılarının qadınlara qarşı aqressiv davranması və həssaslıq nümayiş etdirməsinə dair xeyli sayda məlumatlar dolaşmaqdadır. Hələ bir müddət əvvəl rayonlardan birində isə belə bir hadisəyə görə, mətbuata şikayət də olunmuşdu.
Lakin daha bir xəbər də Qubanın icra başçısı Mübariz Ağayev barəsində yayılıb. Bolgexeber.com-a daxil olan məlumata görə, sözügedən icra başçısı bir neçə ay bundan əvvəl onunla görüşüb, müsahibə götürmək istəyən qadın «jurnalistlər»dən biri ilə dost olmaq istəyib. Mənbənin iddiasına görə, otaqda ikili görüş zamanı qadın «jurnalist»ə pul və şərait yaradılacağını deyən icra başçısı bunun müqabilində onunla dost olmaq istədiyini vurğulayıb. Hətta Qubadan qayıtdıqdan sonra Bakıda Mübariz Ağayevin adamlarından birinin sözügedən şəxsə zəng edərək, onunla görüşmək istədiyini və icra başçısının ona 4000 manat pul göndərdiyini deyib.
Görüşdən sonra həmin «jurnalist» bu məsələni yaxın adamlarına danışıb və məsləhət istəyib. Ailəli olan və övladları olan həmin şəxsə məsələdən uzaq durma təklif olunub. Amma buna baxmayaraq, icra başçısının vaxtaşırı ona zəng etdiyi və dostluq təklifinin qüvvədə qaldığını bildirir. Məlumata görə, iş o həddə çatıb ki, qadın «jurnalist»in ailəsində bununla bağlı söz-söhbət də yaranıb. Ancaq yenə də proses davam edir.
Qeyd edək ki, belə məlumatların yayılması son dövrlər geniş şəkil aldığından bizim də diqqətimizi çəkib. Yazıda qeyd olunan «jurnalist»in adı bizə məlum olsa da, etika xatirinə yazmırıq. Amma zərurət yaranarsa, bunu qeyd etməyə hazırıq.
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin də mövqeyini dərc etməyə hazırıq.